Modern.az

Putin Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina ərizəsinə baxmadı

Putin Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina ərizəsinə baxmadı

Təhsil

29 Dekabr 2013, 11:21

Rusiya prezidenti yanında Vətəndaşlıq Məsələləri üzrə Komissiya azərbaycanlı kinodramaturq və ssenarist, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı ərizəsinə baxmayıb. Modern.az saytı bildirir ki, prezident V.Putinin köməkçisi Yevgeni Şkolovun rəhbərliyi ilə keçirilən Komissiyanın iclasında vətəndaşlıq məsələləri ilə bağlı təqdim olunmuş ərizələrə baxılaraq qərar verib. Bununla bağlı Komissiyaya ərizə ilə müraciət etmiş 43 şəxsdən 28 nəfər Rusiya vətəndaşlığına qəbul olunmasını, 15 nəfər isə Rusiya Federasiyası vətəndaşlığından çıxmasını istəyib. Əlavə olaraq daha 23 nəfərin Rusiya vətəndaşlığına qəbulu ilə bağlı müraciətinə baxılıb.

Komissiyanın iclasının yekununda bütün ərizələr barədə müvafiq qərarlar qəbul edilib. R. İbrahimbəyovun vətəndaşlıqdan imtina ərizəsi  Komissyada müzakirə edilməyib.

Qeyd edək ki, müxalifətin birləşdiyi Milli Şuranın keçmiş sədri R.İbrahimbəyovun prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. Lakin onun ikili vətəndaşlığı məlum olduqdan sonra problem yaranıb. R. İbrahimbəyov 2013-cü ilin iyul ayında Rusiya vətəndaşlığından imtna etməsi ilə bağlı rəsmi mürciət göndərib.

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!