Modern.az

İran prezidenti Rza Zərrabın ortağı ilə bağlı xüsusi göstəriş verdi

İran prezidenti Rza Zərrabın ortağı ilə bağlı xüsusi göstəriş verdi

Təhsil

29 Dekabr 2013, 11:27


İran mediasına görə dövlət başçısı Ruhaninin sanksiyalardan haqsız qazanc əldə etdiyi iddiası ilə araşdırılma aparılması istənilən "imtiyazlı" adlar arasında Babek Zencani də var.

Modern.az saytı “Mehr” Xəbər Agentliyinə istinadən bildirir ki, Türkiyədəki rüşvət və sui-istifadə istintaqında adı çəkilən bəzi iranlı iş adamlarının ölkəyə tətbiq olunan sanksiyalar sayəsində qısa müddətdə sərvət qazandığı iddiasının ardından, İran prezidenti Həsən Ruhani sanksiyalardan haqsız qazanc əldə edənlərin araşdırılması üçün düyməni basıb. “Mehr” agentliyinin xəbərinə görə, Ruhani köməkçisi İshak Cihangiriyə göndərdiyi məktubda, İrana istiqamətli beynəlxalq sanksiyaların təsirini azaltmaq üzrə təmin edilən iqtisadi imtiyazlardan haqsız qazanc əldə edənlərin müəyyən olunması və cəzalandırılması təlimatı verib. İran lideri məktubda yazıb: "Ölkənin inkişafı üçün iqtisadi fəaliyyətlərin şəffaf və etibarlı bir mühitdə icra edilməsi əhəmiyyətlidir. Xüsusi imtiyazlar üzərindən sui-istifadə və haqsız qazanc yolu ilə zəngin olanların cəzalandırılması üçün təcili olaraq tədbirlər alınmalıdır". Ruhani, bir ay içində araşdırılacaq adların təyin olunmasını və hazırlanan hesabatın özünə çatdırılmasını istəyib.

"Uskowioniran.com" adlı digər İran xəbər saytına görə, İran rəhbərliyinin hədəfində Türkiyədəki istintaq daxilində həbs olunan iş adamı Rza Zərrabın İrandakı iş ortağı Babek Zencani də var. İran hökuməti sanksiyalara qarşı bəzi iş adamlarına neft və təbii qaz satışı üçün bəzi imtiyazlar təmin edir. 39 yaşındakı Zencaninin ortağı Zərrab vasitəsilə Türkiyəyə qızıl qarşılığında neft və təbii qaz sataraq, 13,5 milyard dollarlıq sərvətə sahib olduğu qarşıya qoyulur.

Modern. az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!