Modern.az

Akif Nağı: “Etiraz aksiyasına ehtiyac yoxdur”

Akif Nağı: “Etiraz aksiyasına ehtiyac yoxdur”

Təhsil

29 Dekabr 2013, 11:30


“Fəvvarələr meydanında aksiya keçiriləcəyi ilə bağlı məlumatımız yoxdur”. Bunu Modern.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O, Qarabağ əlili Zaur Həsənovun ölümü ilə əlaqədar keçirilməsi planlaşdırılan icazəsiz aksiyaya münasibət bildirərkən qeyd edib ki, hazırda mərhumun hüzr mərasimində iştirak edir.

A. Nağının sözlərinə görə, mərasimə qatılan əlil cəmiyyətləri, şəhid ailələri də mitinqin keçirilməsinə etiraz edir. “Ümumiyyətlə aksiya keçirməyə ehtiyac yoxdur. Başqalarına da məsləhət görürəm ki, belə bir addım atmasınlar”. Qeyd edək ki, özünü yandıran Qarabağ əlili ötən gün axşam saatlarında dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar bu gün saat 16:00-da  Fəvvarələr Meydanında aksiyaya çağırış edilib. 

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!