Modern.az

Fəzail Ağamalı: “Qarabağ qazisinin ölümü ilə bağlı hüquqi addımlar atılmalıdır”

Fəzail Ağamalı: “Qarabağ qazisinin ölümü ilə bağlı hüquqi addımlar atılmalıdır”

Təhsil

29 Dekabr 2013, 11:32


Özünü yandıran II Qrup Qarabağ qazisinin ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, hələ ki çinayət işi açılmayıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a xəbəri eşidəndə çox təəssüfləndiyini bildirib:

“Şükürlər olsun ki, bizim son dərəcə millətni sevən, xalqına böyük rəğbət bəsləyən prezidentimiz var. O, bu hadisəni eşidən kimi adekvat addımlar atdı. Təbii ki, bu hadisənin bu həddə çatmasında günahı olan və onun ailə faciəsinə səbəb olan hər kəsi qınayıram. Kimin burada günahı varsa o, həm Allah, həm də vicdanı qarşısında cavab verməlidir. Sual olunur: “O, necə qanunsuz tikili tikib. Niyə icazə verilib?”. Bilirik ki, Azərbaycanda icazəsiz daşı-daş üstə qoymaq mümkün deyil. Hansısa formada kiminsə xeyir-duası ilə, pulunu verməklə, müəyyən adamlardan xahiş edərək, deyilənləri etmək şərti ilə bu tikintini aparıb. Onun ailə tərkibinin böyüklüyünü  və  Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü nəzərə almadan bu şəkilə salmaq bağışlanası hal deyil”.

  Millət vəkili hesab edir ki, hadisə ilə bağlı hüquqi addımlar atılmalıdır: “Qanunsuz tikili aparılsa da, insanla bu cür rəftar etmək olmaz. Ona görə də mən bunu qınayıram. Bu məsələ hökmən hüquqi araşdırmaların obyekti olmalıdır”.  

 Gültəkin Ələsgər    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!