Modern.az

Almaniyanın məşhur şirkətinin Bakıdakı nümayəndəliyi LƏĞV EDİLİR

Almaniyanın məşhur şirkətinin Bakıdakı nümayəndəliyi LƏĞV EDİLİR

İqtisadiyyat

4 Dekabr 2024, 16:36

Almaniyanın məşhur logsitika şirkəti Azərbayandakı nümayəndəliyini ləğv edir.

Modern.az-ın məlumatına görə, “Rhenus Freight East Gmbh” şirkəti ləğv edildiyini elan edib və kreditorlara tələbələrini 2 ay ərzində təqdim etmələrini istəyib.

Qeyd edək ki, şirkətin Avropa, Hindistan, Şimali, Mərkəzi və Cənubi Amerika, Asiya, Afrika və Okeaniyada filialları mövcuddur. Şirkət 2023-cü ildə 7.5 mlrd. avro gəlir əldə edib.

Xatırladaq ki, bir müddət əvvəl “Rhenus Freight East Gmbh” Azərbaycanda yeni törəmə şirkət təsis edib. “Rhenus Logistics Azerbaijan” MMC oktyabrda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  tərəfindən dövlət qeydiyyatına alınıb. “Rhenus Logistics Azerbaijan” MMC-nin direktoru Yekaterina Zuban İqoryevnadır. O, 2015-ci ildə şirkətin ölkə üzrə filalına rəhbərlik edirdi. Şirkətin nizamnamə fondu 25 000 avro təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu