Modern.az

YAP-dan reaksiya: “Onların faciəsindən istifadə etməsinlər”

 YAP-dan reaksiya: “Onların faciəsindən istifadə etməsinlər”

29 Dekabr 2013, 11:40

“Kiminsə faciəsindən istifadə olunmamalıdır. Faciədir olub, Allah rəhmət eləsin, ruhu şad olsun. Bu faciədən istifadə etmək insanlıq dəyərlərinə xəyanət kimi bir şeydir”.

 Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Fəvvarələr meydanında keçirələcək aksiyaya münasibət bildirərkən deyib.

 YAP rəsmisi qeyd edib ki, onlar aksiya keçirmək istəyirlərsə, müraciət etməlidirlər: “Bundan sonra onlara müvafiq yer ayrılmalıdır. Fəvvarələr meydanı aksiya üçün deyil, ora insanların istirahət yeridir. Bayram günüdür, insanlar ailəsi, yaxınları ilə Fəvvarələr meydanına çıxırlar”.

 S.Novruzov bildirib ki, heç bir ictimai təşkilat həmin aksiyaya dəstək verməyəcək: “Mərhumun ailəsi də deyib ki, onların faciəsindən istifadə etməsinlər”. Qeyd edək ki, Qarabağ əlilinin ölümünə etiraz olaraq Bakının Fəvvarələr Meydanına aksiya təyin edilib. Aksiya bu gün saat 16-da olacaq.  

 

İlkin

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!