Modern.az

Türkcə Vikipediyada Yaqub Mahmudov haqqında məqalə yaradılıb 

Türkcə Vikipediyada Yaqub Mahmudov haqqında məqalə yaradılıb 

Ədəbiyyat

4 Dekabr 2024, 22:31

Türkcə Vikipediyada AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov haqqında məqalə yaradılıb.

Bu barədə Modern.az-a tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.

Məqalə "Həyatı", "Elmi fəaliyyəti", "Siyasi fəaliyyəti", "Önəmli əsərləri", "Mükafatları" və "İstinadlar" bölmələrindən ibarətdir.

Xatırladaq ki, Yaqub Mahmudov AMEA ilə yanaşı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliyanın Bonifasiana Akademiyasının və Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının da həqiqi üzvüdür. O, 2013-cü ildən etibarən isə Türk Tarix Qurumunun fəxri üzvüdür.

Səhifənin linki:

//tr.m.wikipedia.org/wiki/Yakup_Mahmudov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?