Modern.az

Ərlə arvadı maşın vurdu: qadın öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR

Ərlə arvadı maşın vurdu: qadın öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR

5 Dekabr 2024, 00:06

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.

 

Modern.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.

 

"VAZ 2107" markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.

 

Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI