Modern.az

Bakıda özünü yandıran kişi ilə bağlı rəsmi məlumat yayıldı

Bakıda özünü yandıran kişi ilə bağlı rəsmi məlumat yayıldı

29 Dekabr 2013, 12:33


Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərovun Bakıda özünü yandırması faktı ilə bağlı birgə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.   

5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır.  Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır. 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!