Kremlin sahibi “SSRİ ölkələri üçün birgə tarix” dərsliyi yaradır
Rusiyada Azərbaycan da daxil olmaqla postsovet ölkələri üçün vahid tarix dərsliyi hazırlanır. Modern.az saytı bildirir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko Federsiya Şurası yanında yaradılmış İnteqrasiya Klubunun “ümumi tarixi köklər Avrasiya İttifaqının yaradılması üçün faktor kimi” mövzusunda keçirilən iclas zamanı bəyan edib.
“Postsovet məkanı üçün vahid tarix dərsliyi yaxın zamanlarda yaradılacaq. Bu dərsliyin yaradılmasında məqsəd inteqrasiya prosesini möhkəmlətməkdir”-deyə Matvienko bildirib.
Bu zaman Avropa təcrübəsi nümunə kimi göstərilib. V. Matvienko qeyd edib ki, Almaniya, Fransa, Almaniya, Polşa ilə bağlı birgə tarix kitabı yazılıb. “Keçmişin işıqlandırılmasına ümumi baxış əlbəttə ki, çətin məsələdir. Amma bununla bağlı Avropa təcrübəsi var”-deyə Matvienko vurğulayıb.
Federasiya Şurasının sədri təklif edib ki, MDB-nin yaradılması tarixi, keçmiş SSRİ ərazisində inteqrasiya prosesləri və bu ölkələrdə yaşayan xalqların mədəni əlaqələrinin tarixi ilə bağlı bağlı birgə iş aparıla bilər.
Rusiyanın ümümi tarixi ilə bağlı dərsliyinin müəllifi, Elmlər Akademiyasının ümumi tarix İnstitunun direktoru Aleksandr Çubaryan MDB üçün vahid tarix dərsliyinin hazırlanması ilə bağlı prosesdə iştirak etməyə hazır olduğunu bəyan edib.
Ekspertlər bu təklifi birmənalı qarşılamayıblar. Akademik Yevegeni Primakov bildirib ki, Avrasiya İttifaqında iştirakı gözlənilən ölkələr arasında ciddi fikir ayrılıqları var. “İqtisadi interqasiya prosesi olmadan siyasətdə birləşmək mümkün olmayacaq” .
Belə təklif Azərbaycan üçün də keçərli deyil. Azərbaycan tarixinin priroitet xətti Rusiya baxışı ilə heç cür üst-üstə düşmür. Çağdaş siyasi tariximizdə Rusiyanın adı yalnız neqativ tonda olan hadisələrlə şərtlənir.
Xaqani SƏFƏROĞLU