Modern.az

Dəmir yolu ilə sərnişindaşımalar 20% artıb - CƏDVƏL

Dəmir yolu ilə sərnişindaşımalar 20% artıb - CƏDVƏL

5 Dekabr 2024, 10:44

Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.

ADY-dən Modern.az-a verilən məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi