Modern.az

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

Dünya

5 Dekabr 2024, 11:30

İranın cənub-qərbində, Xuzistan əyalətinin Heftgel və Məscid əl-Süleyman şəhərlərində ardıcıl zəlzələlər baş verib.

Modern.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, Xuzistan əyalətinin Heftgel şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla saat 07.32-də yerin 10 kilometr dərinliyində baş verib.

Yerli vaxtla saat 07.53-də isə Xuzistanın Məscid əl-Süleyman şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ bölgələrinə 6 qiymətləndirmə qrupu göndərilib.

Hadisələr nəticəsində 20-dək adamın xəsarət aldığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi