Modern.az

Mədəniyyət Nazirliyi rəsmisi: “Prezidentin sərəncamı gözlənilməz oldu”

Mədəniyyət Nazirliyi rəsmisi: “Prezidentin sərəncamı gözlənilməz oldu”

29 Dekabr 2013, 13:02

“”Dədə Qorqud” bədii filmi haqda qərarın verilməsini şəxsən mən gözləmirdim. Əlbəttə, çox gözəl qarşıladım. Sərancam dünən axşam çıxıb. Ssenari, təşkilatı işlərin necə olacağı barədə hələ heç nə deyə bilmirəm. Çünki bütün bunlar müzakirə olunmalıdır”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

Qeyd edək ki, dünən prezident İlham Əliyev “Dədə Qorqud” dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılıb.

 

 

  Misranə Həsənzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!