Modern.az

"Beynəlxalq hüquq Azərbaycan xalqını dəstəkləməlidir"

"Beynəlxalq hüquq Azərbaycan xalqını dəstəkləməlidir"

Qərbi Azərbaycan

5 Dekabr 2024, 12:40

Azərbaycan üçün vacib geopolitik kontekstdə keçirilən bugünkü konfrans çox vacibdir.

Bunu Modern.az-a açıqlamasında Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransında gürcüstanlı professor, AMEA-nın fəxri üzvü Quram Marxuliya bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu bilir.

"Azərbaycan beynəlxalq hüquq normalarına uyğun torpaqlarını azad etdi. Bu gün isə Qərbi Azərbaycan İcması qaçqınların öz torpaqlarına qayıtması üçün işlər aparır. Düşünürəm ki, beynəlxalq hüquq Azərbaycan xalqını dəstəkləməlidir. Heç şübhəsiz ki, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ilə bağlı məsələ beynəlxalq qanunlara uyğundur. Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar Azərbaycan xalqının geri qayıtması ilə bağlı addımları düşünürəm ki, dəstəkləyəcək”,-o deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu