“Müsavatın Partiyasının qurultayının keçirilməsində israrlıyıq. Bununla bağlı dəfələrlə həm Divanda, həm də Məclisdə münasibət bildirilib. Bu yaxınlarda bununla bağlı Divanın iclasında qərara alındı ki, hakimiyyətə bir də müraciət olunsun. Daha sonra müraciət etdik”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Divan üzvü hakimiyyətin Müsavat yer vermədiyinə görə təəssüfləndiyini bildirib: “Hakimiyyət bizə yer vermək istəmir. Müsavat Partiyası da şərait olmadan qurultayını keçirə bilməz. Dolayısı ilə, Müsavatın qurultayı hakimiyyətin yer ayırmaq məsələsindən asılı vəziyyət düşüb”.
T. Abbaslı “Müsavat Partiyası qurultayını keçirməkdə maraqlı deyil” iddialarına da cavab verib: “Boş iddialardır. Çünki Müsavat qurultayını keçirmək istəməsə, Məclisin toplantısında adi təklif olunar ki, filan tarixə qədər qurultay təxirə salınsın. Deyiriksə, deməli, keçirəcəyik, niyə də keçirməyək?! Qətiyyən belə şey yoxdur. Yenə deyirəm, belə fikrimiz olsa, qərar da verərik və keçirmərik. Bizim qarşımızı alacaq qüvvə də yoxdur”.
İlkin PİRƏLİ