Modern.az

Qafqaz Universiteti: “Haqqımızda deyilən böhtandır”

Qafqaz Universiteti: “Haqqımızda deyilən böhtandır”

29 Dekabr 2013, 13:31

“Deyilənlər hamısı yalandır. Yuxarı təşkilatlara, lazımi nazirliklərin hamısına müraciət ünvanlamışıq, onları xəbərdar etmişik ki, Qafqaz Universiteti haqqında şər, böhtan xarakterli material dərc ediblər”. Bunu Modern.az-a Qafqaz Universitetinin mətbuat katibi Ceyhun Vəliyev deyib. “Müraciətimizdən sonra həmin yazıları saytdan çıxartdılar. Hər hansı bir qurumun nüfuzuna xələl gətirərək, onu təhqir edərək özünə reytinq qazanmaq doğru deyil.”

Qeyd edək ki, Qafqaz Universitetində Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın əleyhinə tədbir keçirildiyi barədə bir neçə saytda xəbər gedib. Həmin məlumatlara görə, Qafqaz Universitetində tələbələri  akt zalına toplanaraq Fətullah Gülənin video müraciətinə baxmağı vadar edilib. Yığıncaqda R.T. Ərdoğana qarşı sərt ifadələr səsləndirilib.

 

Gülşən Raufqızı

 
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!