Sabirabad şəhərində avtomobil piyadanı vurub.
Modern.az-ın məlumatına görə, Saatlı sakini Elşad Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Sabirabad sakini, 1974-cü il təvəllüdlü Səfərov Zaur Adil oğlunu vurub. Ağır xəsarətlər alan piyada Sabirabad xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.