Qəbul planına uyğun olaraq 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunub. Modern.az xəbər verir ki, bu barədə məlumat Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclasında verilib. Belə ki, 2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-ə çatdırılıb. 2013-cü ildə 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olub.
Gültəkin Ələsgər