Modern.az

1 ildə 150 qohumuna vəzifə verib

1 ildə 150 qohumuna vəzifə verib

5 Dekabr 2024, 21:23

Əfqanıstanda hakimiyyədə olan "Taliban" hərəkatının lideri Hebətullah Axundzadə son bir ildə 150-dən çox qohumunu yüksək vəzifələrə təyin edib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Afqanistan İnternational" məlumat yayıb.

 

O, bu addımı islahatlar adı altında vəziyyəti nəzarətdə saxlamaq və təsir imkanlarını genişləndirmək üçün atıb.

 

Nəşr qeyd edir ki, Axundzadə dəyişikliklərə cəhd etməklə öz təsirini genişləndirmək və möhkəmləndirmək istəyir.

 

Təyinatların üçdə biri Əfqanıstanın cənub əyalətlərində olub və Axundzadə onlarla nazirləri, müavinləri və "Taliban" ordusunun komandirlərini qohumları ilə əvəzləyib.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi