Modern.az

Özünü yandıran Rusiya vətəndaşına səhiyyə naziri baş çəkəcək

Özünü yandıran Rusiya vətəndaşına səhiyyə naziri baş çəkəcək

29 Dekabr 2013, 14:28

5 saylı xəstəxanadan Modern.az-a verilən məlumata görə, Arzu Ələkbərovun vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir. Yaxınları intihar cəhdi etmiş A. Ələkbərova yemək vermək üçün baş çəkiblər.

Növbətçi həkimin bildirdiyinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin xəstəxanaya gəlməsi gözlənilir. Qeyd edək ki, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır. 

Gülşən Raufqızı    
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!