Modern.az

Bu ərazilərdə işıq KƏSİLƏCƏK

Bu ərazilərdə işıq KƏSİLƏCƏK

Aktual

6 Dekabr 2024, 10:26

"Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ona görə də dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!