“Hələ ki toplantı keçirilməyib. Amma fikrimiz var idi, ayın sonuna qədər keçirək”. Bunu Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O qeyd edib ki, toplantı növbəti ildə keçirilə bilər: “Ehtimal var ki, ayın sonunda keçirilsin. Amma işlərimizi yekunlaşdıra bilməsək, toplantını keçirməyəcəyik. Yəqin ki, o zaman iclas növbəti ildə keçiriləcək”.
Qeyd edək ki, dekabrın 19-da Müsavat Partiyası və “El” Hərəkatının rəhbərləri arasında görüş keçirilib. Görüşdə Müsavatın nümayəndələri “El”ə əməkdaşlıq sazişi imzalamaq təklif edib. Hərəkat isə hələki bununla bağlı qərar verməyib.
İlkin PİRƏLİ