Modern.az

Bakıda yanğın olub

Bakıda yanğın olub

6 Dekabr 2024, 15:50

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar xəttinə Bakı şəhər Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində köməkçi tikilidə baş vermiş yanğın dərhal söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI