Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ramil İbrahimov barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib:
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir'.
***
16:55
Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.
Modern.az bu barədə “Qafqazinfo”ya istinadən xəbər verir.
Məlumata görə, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.
Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.
Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.