Modern.az

Dövlət Sosial Müdafiə Fondunun 22 əməkdaşı cəzalandırılıb

Dövlət Sosial Müdafiə Fondunun 22 əməkdaşı cəzalandırılıb

29 Dekabr 2013, 15:59

Dövlət Sosial Müdafiə Fondunun orqanlarında çalışan dövlət qulluqçularının etik davranışı məsələləri barədə vətəndaş müraciətlərinin  imkanlarının gücləndirilməsi məqsədilə daxil olmuş müraciətlərə operativ baxılması istiqamətində işlər davam edir, qanunvericiliyə uyğun araşdırma nəticələri üzrə tədbirlər görülür.

Fonddan Modern.az-a bildirilib ki, 2013-cü ilə ərzində bu sahədəki vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb.

Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq əmri ilə Fondun sədrinin, sədr müavinlərinin, aparatın rəhbərinin, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub. Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində "sual-cavab" bölməsi və Fondun Aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi" fəaliyyətini davam etdirir. Eyni zamanda elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür. 

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!