Modern.az

Pavel Durov dindirildi

Pavel Durov dindirildi

Dünya

6 Dekabr 2024, 23:19

"Telegram"ın təsisçisi Pavel Durov Paris məhkəməsində dindirilib.

 

Modern.az bu barədə AFP-yə istinadən xəbər verir.

 

O, messencerin cinayət fəaliyyətində ehtimal olunan iştirakı ilə bağlı cinayət işi çərçivəsində mahiyyəti üzrə dindirilib.

 

Qeyd olunur ki, Durov iki vəkillə birlikdə Paris məhkəməsinə gedib.

 

İş adamı əlavə şərh verməkdən imtina edib.

 

Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. O , messencerin ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı altı maddə ilə ittiham olunub.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi