Modern.az

Volqoqradda vağzalı partladanın başı tapılıb

Volqoqradda vağzalı partladanın başı tapılıb

29 Dekabr 2013, 16:41

Volqoqraddakı dəmir yolu vağzalını partladan terrorçu-kamikadzenin başı tapılıb. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, məhz tapılan baş hesabına terroru törədənin kimliyini müəyyənləşdirmək olacaq. İstintaq komitəsinin məlumatına görə, qadın olduğu bildirilən terrorçu özünü ərazidəki polis əməkdaşlarından biri ona yaxınlaşarkən partladıb.  Hadisə zamanı 18 nəfər ölüb, 40-a yaxın adam yaralanıb. Terror qurbanlarının xatirəsinə Volqoqradda 3 gün matəm elan olunub və həlak olanların hər birinin ailəsinə 1 milyon rubl veriləcək.

 



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!