Modern.az

Bakıda Qarabağ qazisinin ölümünə qarşı aksiyaya cəhd oldu - FOTOLAR

Bakıda Qarabağ qazisinin ölümünə qarşı aksiyaya cəhd oldu - FOTOLAR

29 Dekabr 2013, 16:46

Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq Fəvvarələr meydanında qanunsuz aksiya keçirilməsinə cəhd olub. Modern.az saytı xəbər verir ki, aksiya keçiriləcək ərazidə AXCP və Müsavat partiyalarının, NİDA hərəkatının 30-a yaxın gənci toplaşıb. Bundan başqa, tanınmış vəkil Aslan İsmayılov, jurnalist Şahvələd Çobanoğlu da aksiya iştirakçıları arasında olub. NİDA-çı və müsavatçı gənclər ilk əvvəl oturaq aksiya keçirməyə çalışaraq, bəzi şüarlar səsləndirblər.

Başı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhləb Bağırovun göstərişi ilə polislər aksiyaya cəhd edənlərin Fəvvarələr meydanına girməsinə imkan verməyib. Bu zaman 6 nəfər saxlanılıb.  















İlkin Pirəli,
Misranə Həsənzadə
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!