Modern.az

Kerri “Yeni il”də Orta Şərqdə olacaq

Kerri “Yeni il”də Orta Şərqdə olacaq

29 Dekabr 2013, 17:27

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri 2014-cü ilin yanvarın 1-də Orta  Şərq regionuna səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Jen Psaki məlumat verib. Onun sözlərinə görə ABŞ dövlət katibi Con Kerri İsrail və Fələstin rəsmiləri ilə görüşmək üçün bölgəyə gedəcək. Departament rəsmisi bildirib ki, C. Kerri Fələstin lideri Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Görüş zamanı İsrail-Fələstin münaqişəsi haqqında müzakirələrin aparılacağı qeyd olunur.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!