Modern.az

Səttar Mehbalıyev özünü yandıran Qarabağ əlilinin yasına gəldi

Səttar Mehbalıyev özünü yandıran Qarabağ əlilinin yasına gəldi

29 Dekabr 2013, 21:45

Özünü yandıran Qarabağ döyüşçüsü Zaur Həsənov dekabrın 29-da Bakının Bibiheybət qəsəbəsinin qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində deputatlar, hökumət təmsilçiləri, müharibə veteranları, siyasətçilər və ictimaiyyət nümayəndələri  iştirak ediblər. 
Modern.az saytının xəbərinə görə, günün sonunda Lökbatan qəsəbəsindəki yas mərasiminə Zaur Həsənovun özünü yandırmasında əsas günahkarlardan biri hesab olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mühbalıyev də gələrək, mərhumun ailəsinə başsağlığı verib. Bundan başqa, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov da hüzr yerinə gəlib.
 
II qrup Qarabağ əlili Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri Bakıda işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə çıxarılmış məhkəmə qərarı əsasında sökülməsinə etiraz edib.

Zaur Həsənov dekabrın 28-də Bakıdakı 5 saylı xəstəxanada dünyasını dəyişib. O, 5 uşaq atası idi.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!