Modern.az

Bayden Suriyadakı hadisələri diqqətlə izləyir - Ağ Evdən AÇIQLAMA

Bayden Suriyadakı hadisələri diqqətlə izləyir - Ağ Evdən AÇIQLAMA

Dünya

8 Dekabr 2024, 09:51

ABŞ prezidenti Cozef Bayden Suriyadakı hadisələri diqqətlə izləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett “X” hesabında yazıb.

 

“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri diqqətlə izləyir və regiondakı tərəfdaşları ilə daim təmasdadır”, - deyə o bildirib.

 

Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, ölkənin Baş naziri hakimiyyəti təhvil verməyə hazır olduğunu bəyan edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi