Rusiyanın Volqoqrad şəhərində daha bir terakt törədilib. Modern.az saytı bildirir ki, bu gün səhər saat 08:25-da Volqoqradda trolleybusda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Patlayış nəticəsində trolleybus tamamilə dağılıb. İlkin versiyaya görə, hadisə trolleybusda qoyulmuş bombanın partladılması nəticəsində baş verib. Dünən də Volqoqrad vağzalında analoji terror aktı törədilib, 18 nəfər həlak olub.