Modern.az

Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq

Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq

Qarabağ

8 Dekabr 2024, 20:39

Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşada möhtəşəm irəliləyiş gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq.

Modern.az-ın məlumatına görə, bunu Şuşada AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

“Şuşa yenidən şairlərin, yazarların, elm adamlarının görüşdüyü və yaratdığı bir yer olacaq. Şuşanın tezliklə dünya səviyyəsində turizmin sahəsində bir marka olacağına inanırıq. Biz Şuşada Azərbaycanın müstəqilliyi və bütövlüyünü hiss etdik və ən gözəl hisslər budur”, – deyə komitə sədri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi