Modern.az

 "VAZ-2107" ağaca çırpıldı - Xəsarət alan var

 "VAZ-2107" ağaca çırpıldı - Xəsarət alan var

Hadisə

8 Dekabr 2024, 22:55

İmişli rayonunda minik avtomobilinin ağaca çırpılması ilə nəticələnən yol qəzası olub.

Modern.az xəbər verir ki, hadisə saat 17 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Əmrah Quliyevin sükan arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Xəsarət alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona təcili təxirəsalınmaz tibbi yardım göstərilərək stasionar müalicəyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi