Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Naftalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 3 otağın yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Hadisə zamanı 5 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.