Abbas Qəmli
Artıq Dünya Azərbaycanlarının həmrəyliy gününə saylı günlər qalıb. Müstəqilik əldə etdikdən sonra qazandığımız ən önəmli naliyyətlərdən biri kimi Dünya Azərbaycanlarının Həyrəylik gününün dövlət səviyyəsidə qeyd edilməsini xüsusi vurğulamaq lazımdır . Heç kimə sirr deyil ki, bugünkü müstəqil dövlətimizin qazandığı uğurların təməlində müstəqilliyimiz və həmrəyliyimiz durur.
Həmrəyliyimiz bu günün uğurlarının təməl daşıdır. Həmrəylik xaqın müqqədəs yoludur.
Həmrəyliyimizin, müstəqilliyimizin tarixi müasir Azərbaycan dövlətinin qurucusu , xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Çünkü xalqımızın iradəsidən doğan azadlığa sahib olmağın tək yolu həmrəy olub Heydər Əliyevin yolu ilə getməkdən keçirdi. Çünkü bu müqəddəs yola işıq saçan Heydər Əliyev şəxsiyyəti idi. Xalqdan güc alan dahi şəxsiyyət. Elə bunun nəticəsi kimi xalq arzularına, istəklərinə qovuşmaq üçün təkidlə Heydər Əliyevin xalqa rəhbərlik etməsini istəyirdi, onun hakimiyyətə gəlməsini arzulayırdı. Ona görə ki, xalqın arzu və istəkləri bir qəlbdə döyünürdü. O qəlbdəki bütün arzu və istəklər xalqın iradəsini əks etdirirdi. Onları azadlığa, həmrəyliyə və uğurlu sabha səsləyirdi. Xalq yalnız siyasi liderin gəlişi ilə ölkənin xausdan qurtulacağına xalqın həmrəy olub acınacaqlı vəziyyətdən çıxacağına inanırdı.
Məhz H.Əliyevin ikinci dəfə siyasi səhnəyə gəlişindən sonra ölkəmiz çiçəklənmə dövrünə qədəm qoydu. Siyasi “hərc-mərclik”in tüğyan etdiyi bir zamada hakimiyyətə gələn ulu öndər xalqımızı vətəndaş qarşudurması kimi böyük bəladan xilas etmiş oldu.
Dövlət o vaxtı gülcü olur ki, xalq bir idelogiya ətrafında birləşib öz talehini həll edir. Biz bunu həmrəyliyimizin timsalında görmüş xoşbəxt millətik. Ona görə də hər bir Azərbaycan vətəndaşı Dünya Azərbaycanlarının həmrəyliy gününü əziz bayram kimi qeyd edir.
Beləliklə ulu öndər Heydər Əliyevin təşəbbüstü ilə 31 dekabr Dünya Azərbaycanlarının həmrəyliy günü kimi qeyd edilməsi barədə qərar qəbul edildi.Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı.
Geridə qalan zaman kəsiyində ölkəmiz çoxsaylı ciddi uğurlar əldə edib.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictmaiyyətinə çatdırılması üçün böyük işlər görülür. Ölkəmiz həmrəy olduqdan sonra Azərbaycan xalqının başına gətirilən müsübətlər dünyanın mötəbər qurumlarının tiribunasından səslənməyə başladı. 1992 ci ildə Azərbaycan Respublikası BMT üzvü olduqdan sonra xalqımızın böyük oğlu BMT Baş Məclisində tarixi çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək BMT –nin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tədbirlər görməli olduğunu bildirmişdir.
Bu illərdə qazandığımız böyük naliyyətlər içərsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri –daimi üzv olmasını xüsusi vurğulamaq lazımdır.Ölkəmiz BMT TŞ üzvü olmaqla sülhsevər ölkə olduğunu bir daha göstərmiş oldu. Bu həm də ölkəmizin son illərdə qazandığı iqtisadi uğurlarının fonunda ölkə başçısının düşünülmüş və olduqca dəqiq nizamlanan siyasətinin məntiqi nəticəsidir.
Xalqımızın milli sərvəti olan neft strategiyası ölkəmizin gücünə güc qatır.Sabaha nikbin baxmağa əsas verir. Ulu öndərimiz tərəfindən təməli qoyulan “əsrin müqaviləsi” bu gün Heydər Əliyev yolunun layiqli davamçısı ölkəmizin başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfü deyil ki, bir müddət öncə təməli qoyulan “Şahdəniz-2” layihəsini bu yolun davamı kimi qiymətləndirirlər.
Bu uğurlu yolun davamı hər bir sahədə bizləri zəfərə səsləyir. İdman sahəsində olduğu kimi. Təsadüfü deyil ki, 2012 –ci -ili prezident İlham Əliyev “İdman ili” elan etmişdir. Bu il Azərbaycan idman tarixinə qızıl həriflərlə hək etilmişdir.
Müstəqil dövlət kimi idmançılarımız ilk dəfə 1996-cu-ildə Atlanta Olimpiya Oyunlarında bir bürünc medal qazanmışdırlarsa, ötən il 2012 ci ildə 30-cu London Yay Olimpiya oyunlarından idmançılarımız 10 medalla vətənə qayıtdılar.
Bu gün olkəmiz hər bir sahədə yüksək sürətlə inkişaf edir və güclənir. Son illərdə qazandığımız naliyyətlərin fonunda qürurla deyə bilərik ki, Azərbaycan dünyanın ən qabaqcıl inkişaf etmiş ölkələrindən biridir. Bu inkişafın kökündə ölkə başçısının düşünülmüş və uzaq görən siyasəti durur.
Biz müqəddəs yol yolçusuyuq. Cənab prezidentimiz İlham Əliyevin ətrafında birləşib Heydər Əliyev yolunu getməklə.
Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olan Cənab İlham Əliyevin üz tutduğu bu müqqədəs yolda xalqımızın hələ çox uğurlara sevinəcəyinə zərrəcən şübhəm yoxdur.
Sonda soydaşlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliy günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm.