Modern.az

Bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

9 Dekabr 2024, 11:06

Siyəzəndə bacısını öldürməkdə təqsirləndirilən Mustafazadə Səfər Əmrah oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.

Modern.az-ın məlumatına görə, toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aynur Rzayevanın sədrli etdiyi heyət tərəfindən baxılacaq.

Qeyd edək ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü