Modern.az

Azərbaycanın əmlak bazarında ilk: Qlobal şirkət YARADILDI

Azərbaycanın əmlak bazarında ilk: Qlobal şirkət YARADILDI

İqtisadiyyat

9 Dekabr 2024, 12:16

Azərbaycanda yeni beynəlxalq əmlak şirkəti təsis edilib.

Modern.az xəbər verir ki, azərbaycanlı iş adamı Rasim Nəbizadə dubaylı biznesmen Amir Abro birlikdə "Elegant Khisht Global Group" şirkətini yaradıblar.

Şirkət əmlak bazarında fəaliyyət göstərir və investisyaların Azərbaycana cəlb edilməsini qarşısına məqsəd qoyur. 

Açılış mərasimində hökumət rəsmiləri də daxil olmaqla bir çox sahəni təmsil edən qonaqlar iştirak edib.

Şirkətin Dubaydan olan həmtəsisçisi Amir Abro daşınmaz əmlaka investisiyalar üzrə məsləhətçidir və bu sahədə 10 ildən çox təcrübəyə malikdir. 

"Biz Azərbaycanda şirkətimizi açdıq. Azərbaycanla Dubayın ortaq biznesini təşviq edirik. Biz yalnız daşınmaz əmlak işi ilə məşğul olmuruq, eyni zamanda turizm və digər sahələrdə də fəaliyyət göstəririk",- o deyib.

Amir Abro niyə Bakını seçdiyini də izah edib. O vurğulayıb ki, ən mühüm səbəblər sırasında mədəniyyətlərin oxşarlığı və hər iki ölkənin də valyuta məzənnəsinin sabit olmasıdır: "İlk növbədə bizi Azərbaycanın mədəniyyəti cəlb edib. Digər yandan Azərbaycanın da, Dubayın da valyuta məzənnəsi güclü və stabildir. Biz investorlara fayda və sabitlik verə bilərik. Mənim planım Azərbaycandan kənarda və Dubaydan kənarda sərmayə qoymağa hazır olan hədəf investora fayda verir. Azərbaycandan kənarda sərmayə qoymaq istəyənlərə Dubayı, Dubaydan kənarda sərmayə qoymaq istəyənlərə isə Azərbaycanı maksimum fayda əldə  etməsi üçün tövsiyyə edirəm".

"Dubay vergidən azad ölkədir. Burada heç bir vergi ödəmirik. Həmçinin çoxlu imkanlar var. Şəxs sadəcə illik kirayədən 10-15 faiz mənfəət əldə edə bilər",- iş adamı əlavə edib.

Şirkətin azərbaycanlı həmtəsisçisi Rasim Nəbizadə söyləyib ki,  3-4 aylıq danışıqların, iş birliklərinin nəticəsində bu şirkət ərsəyə gəlib:

"Marketinq bacarıqlarına malik, əmlak bazarını peşəkarcasına bilən kollektivlə yola çıxmışıq. Hər bir işçimiz ali təhsilli, müəyyən təcrübəyə malik, keçmiş əmək bazarında inzibatçı kadrlardır. Şirkətimiz Azərbaycan hüququna və qanunvericiliyinə, vergi və mülki qanunvericiliyinə əsasən fəaliyyət göstərəcək. Ən böyük hədəfimiz gələcək iş planımızı dünya miqyasında görməkdir. Azərbaycan əmlak bazarında birincilərdənik ki, beynəlxalq qlobal şirkət yaratdıq. Dubay azad iqtisadi zonasında iş və əmlak imkanlarının ortaya çıxarılmasını məqsəd kimi güdürük. Eyni zaman Bakı şəhərinin iqtisadiyyatında rol oynayan əmlakla, rezidentlərlə maraqlanacağıq. Əmlakçıların Bakının potensialından istifadəsində vasitəçi rol oynayacaq.  Sivil, dünya təcrübəsindən bəhrələnərək daha mütəşəkkil şirkətin fəaliyyətinə qədəm qoyuruq".

R.Nəbizadə digər ölkələrdə də fəaliyyət göstərməyi planlaşdırdıqlarını söyləyib:

"Turizim, investisya sahəsində fəaliyyətlərimiz var. Biznes ticarət evinin də təşkilini hədəfləmişik. Gələcəkdə daha geniş iş yolunu görürük. Hazırda bizdə mərkəz ofis buradır. 10 nəfər əməkdaşın fəaliyyəti təmin edilib. Ticarət evi kimi nəzərdə tutduğumuz ofisdə 7 əməkdaşımız var. Regionlarımızda-Gəncədə, Mingəçevirdə, Sumqayıtda, eləcə də dilbər guşəmiz olan Qarabağda-Xankədi və Şuşada iş görməyi planlaşdırırıq. Geniş işçi heyətimizə güvənərək bu yola çıxırıq. Ən böyük hədəfimiz dövlətlərarası iqtisadi əlaqələrin qurulması, istehlak mallarının ölkəyə gətirilməsidir. Böyük holdinqlərə, marketinq şəbəkələrinə, pərakəndə ticarət mərkəzlərinə lazım olan məhsulların təqdimatını etdik. Böyük kollektivlə çalışmalıyıq. Yaxın bir il ərzində əməkdaşlarımızın sayını 50, hətta 100 nəfərə çatdırmağa qadirik. 50-100 nəfər insanın çalışması neçə-neçə ailələlərə ruzi-bərəkət deməkdir".

“Elegant Kisht Global Group”un layihə meneceri Rəna Səfərova beynəlxalq səviyyədə tanınacaqlarına inandıqlarını bildirib:

"Əmlak şirkəti olmaqla məhdudlaşmırıq. Turizm, investisyaların cəlb edilməsi, hətta gələcəkdə lizinq kimi sahələrdə fəaliyyət göstəməyi planlaşdırırıq. Heyətimiz hər bir müştərinin istək və arzusuna uyğun addım atmağa hazırdır. Hədəflərimizə çatacağımıza, daha böyük layihələrə imza atacağımıza,  beynəlxalq səviyyədə tanınacağımıza inanıram".

Müştərilərin niyə bu şirkəti seçməli olduğunu isə o belə izah edib:

"Biz beynəlxalq əmlak və investisya platforması təklif edirik. Həm Dubay, həm də Azərbaycanda fəaliyyət göstərən qlobal şirkətik. Avropaya və dünyaya da açılmağı planlaşdırırıq. Buna görə də rahat şəkildə bizi seçirlər. Bundan sonra da böyük layihələrə imza atacağımıza inanıram".

Şirkətin meneceri Rabia Maaşoğlu deyir ki, Bakını seçməklə türk dünyasına açılmaq niyyətindədirlər:

"Buradan başlamağımızın səbəbi valyuta məzənnəsinin sabit olmasından qaynaqlanır. Açığı, Dubay bazarını bilməyən ölkələrdən başlamaq istədik. Türkiyə bu bazar barədə hazırda məlumatlıdır. Azərbaycandakı investorların Dubay marketi ilə bağlı məlumatının olmadığını gördük. İnanıram ki, investorlar məlumatlandıqda Dubay bazarına kapital qoymaq istəyəcəklər. Eyni zamanda Dubaydakı investorların buranı tanıdıqda Azərbaycanı kapital cənnəti olaraq görəcəklərinə inanırıq. Dünyanın hər bir ölkəsində bir şöbəmizi açmaq istəyirik. Buradan sonrakı hədəfimiz Türkiyə və Rusiyadır. Daha sonra  Avropada şöbələrimizii açmağı düşünürük.  Dubayda çox güvənilən şirkətik. Eyni zamanda Azərbaycanda inanılan şirkətlə şəriklik etdik. Azərbaycanda Dubayı təmsil edən bizdən fərqli agentlik yoxdur. Bakıdakı investorların bizi seçməsini istəyirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu