“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır və bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan XİN teraktla yaydığı bəyanatda bildirib.
“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir”-deyə Azərbaycan XİN-I bildirib.
Xatırladaq ki, son iki gündə Volqoqrad şəhərində törədilmiş iki terakt nəticəsində 31 nəfər həlak olub, 80-dək adam yaralanıb.