Modern.az

Seyfəli poliqonunda döyüş atışlı təlim keçirilir - Müdafiə Nazirliyi

Seyfəli poliqonunda döyüş atışlı təlim keçirilir - Müdafiə Nazirliyi

9 Dekabr 2024, 17:48

Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat yayıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:

"Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir