Modern.az

“İstəmirəm ki, müsavatçılıqla rüsvayçılıq sinonim olsun” - Eldəniz Quliyev

“İstəmirəm ki, müsavatçılıqla rüsvayçılıq sinonim olsun” - Eldəniz Quliyev

30 Dekabr 2013, 14:01

“Müsavat Partiyasının nümayəndələri fikirləşmir ki, Milli Şura üzvlərinin biri, ikisi, üçü səhv deyə bilər, bunun hamısı səhv deyə bilməz axı, bəlkə səhv Müsavatdadır. Məsələyə bu aspektdən baxmaq lazımdır”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, Müsavat Partiyasının Ali Məclisinin iclasında üzvlərin “Müsavat Milli Şuradan çıxmalıdır” fikirlərinə də münasibət bildirib: “Bu, “xoruzun quyruğu” deməkdir. Deyirdilər ki, Rüstəm İbrahimbəyov fəxri sədr olsa, qurumu tərk edəcəklər. Yaxşı, fəxri sədr də deyil. Deməli, işiniz İbrahimbəyovla deyil. Belə çıxır ki, Milli Şura sizin üçün maneədir və nəyin bahasına olursa-olsun qurumu zəiflətməyə çalışırsınız. Bu, görünən kənddir. Mənim davam müsavatçılıqla deyil, istəyirəm ki, Müsavat Partiyası ilə müsavatçılıq arasında bərabərlik işarəsi qoyulsun. İstəmirəm ki, müsavatçılıqla rüsvayçılıq sinonim olsun. Onlar bunu şəxsi müstəviyə yönəldirlər”.

E. Quliyev bildirib ki, Müsavat Milli Şuradan çıxsa, bu addım onların əleyhinə işləyəcək: “Heç kim istəməz ki, Müsavat Milli Şuranı tərk etsin. Bunu onlar da istəməməlidir. Çünki onlar Milli Şuradan çıxsa, bu, Müsavatın tarixində Milli Şuranı dağıtmaq, parçalamaq kimi tövsif olunacaq”.

 

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!