Volqoqrad dəmir yol vağzalında partlayış törədən terrorçunun adı bəlli olub. Modern.az bildirir ki, terror aktını Pavel Peçenkin törədib. Peneçkin Mari Respublikasının sakindir. Artıq onun atası qan analizi vermək üçün ekspertizaya çağrılıb. KİV-ə açıqlamasında atası bildirib ki, Pavel bu ilin martından evdən gedib və ondan heç bir xəbər yoxdur.
Mart ayından etibarən Pavel Peçenkin Buynaksk quldur dəstəsinin üzvü kimi qeydə alınıb. Bu dəstəyə vəhhabiliyi qəbul etmiş 25 yaşlı rus Aleksey Paşinsev rəhbərlik edir. Onun adı nüfuzlu din xadimi Səid Əfəndiyə, xüsusi xidmət əməkdaşlarına qarşı süi-qəsddə hallanır.
İstintaq ilkin olaraq hesab edir ki, Paşinsevin Volqoqradda silsilə terror aktlarının təşkilində əli var.
Modern.az