Modern.az

Nazirliyin zavodunda yanğın - Rəsmi AÇIQLAMA

Nazirliyin zavodunda yanğın - Rəsmi AÇIQLAMA

Hadisə

10 Dekabr 2024, 10:30

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, bu barədə MSN-in məlumatında deyilir.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

***

23:46

Bakının Nizami rayonunda yanğın hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb.

 

Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğın söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU