Modern.az

ABŞ Papanın atəşkəs təklifini rədd edib

ABŞ Papanın atəşkəs təklifini rədd edib

10 Dekabr 2024, 08:04

Amerika hakimiyyəti Roma Papası Fransiskin bütün münaqişə zonalarında Miladda atəşkəs təklifini rədd edib və onu dəstəkləməyib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Biz münaqişələrin dayandırılmasını və onun həll olunmasını istəyirik. Bu, hər bir halda dərhal atəşkəs demək deyil”, - deyə Miller bildirib.

 

Bundan əvvəl Roma Papası Fransisk Yaxın Şərqdəki katoliklərə məktubunda beynəlxalq birliyin bölgədəki münaqişəni həll edə bilməməsini qeyd etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı