Modern.az

Azərbaycanda ov mövsümü nə vaxt başlayacaq? - Rəsmi CAVAB

Azərbaycanda ov mövsümü nə vaxt başlayacaq? - Rəsmi CAVAB

Ölkə

10 Dekabr 2024, 15:32

Hər il 15 sentyabrda ölkəmizdə ov mövsümü açıq elan olunurdu. Amma bu il ov mövsümünün başlanması ilə bağlı qərar verilməyib.

Modern.az mövzu ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə əlaqə saxlayıb.

Qurumun rəisi Firuddin Əliyev saytımıza açıqlamasında bildirib ki, 2024-2025-ci illərdə ov mövsümünün açılması ilə bağlı Ov Elmi Koordinasiya Şurasının iclası keçirilməlidir:

“Bu iclasdan sonra ov mövsümünün açıq elan olunub-olunmayacağı ilə bağlı müvafiq qərar veriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi