Modern.az

Qubadakı partlayışda yaralanan şəxsin son vəziyyəti - YENİLƏNİB

Qubadakı partlayışda yaralanan şəxsin son vəziyyəti - YENİLƏNİB

Hadisə

10 Dekabr 2024, 22:44

Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.

 

Kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.

 

Modern.az "Baku TV"yə istinadən xəbər verir ki, zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:

 

"Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır".

 

Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta - Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

 

Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.

 

Hazırda xəstə çox ağır vəziyyətdə Reanimasiya şöbəsində müalicəsini davam etdirir.

 

***

11:06

Quba rayonunun Qəçrəş kəndində qaz sızmasından partlayış baş verib.

Modern.az xəbər verir ki, kənd sakini Laçın Ələsgərov evdə alışqanı yandırarkən qaz sızmaslndan partlayış olub.

Yanıq xəsarətləri alan L.Ələsgərov Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU