Modern.az

Yevlaxda 103 yaşlı müharibə iştirakçısı VƏFAT ETDİ

Yevlaxda 103 yaşlı müharibə iştirakçısı VƏFAT ETDİ

Aktual

10 Dekabr 2024, 11:36

Yevlax rayonundan olan İkinci Dünya Müharibəsi iştirakçısı Abdullayev Abdulla Hacı oğlu vəfat edib.

Modern.az-ın məlumatına görə, o, 103 yaşında dünyasını dəyişib.

1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdulla Abdullayev 1941-1945-ci illərdə Sovet qoşunlarının tərkibində döyüşüb.

O, müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ