Modern.az

Özlərini gözə soxmaq istəyən aş pazlar... - Tahir Əmiraslanov

Özlərini gözə soxmaq istəyən aş pazlar... - Tahir Əmiraslanov

Aktual

10 Dekabr 2024, 12:46

“Özlərini gözə soxmaq istəyən bir qrup aş pazlar və kurslar bizim adımızdan və loqolarımızdan istifadə edir və insanları aldadırlar”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov bildirib. Onun sözlərinə görə, bəzən televerilişlərə çıxan həmin şəxslər geyimlərində Azərbaycan Milli Kulinariya Assosiasiyasının loqosunu  gəzdirirlər.

“Belə kəslərə inanmayın”, - deyə T.Əmiraslanov ictimaiyyətə çağırış edib.

O, sosial media hesabında Azərbaycan Milli Kulinariya Assosiasiyasının adından istifadə edən aşpazların fotoşəkillərini də paylaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı