
AXCP sədri Əli Kərimlinin beynəlxalq təşkilatlardan aldığı qrant vəsaiti azalmır. Belə ki, o, "Avropa Demokratiya Naminə Fondu"ndan 200 min dollar məbləğində qrant alıb.
Partiyanın mətbu orqanı "Azadlıq" qəzetinin böyük məbləğdə borcları, AXCP-nin qərargahla bağlı problemləri, mitinqlərə qatılmış gənclərin ödənməmiş cərimələri və s.-nin mövcudluğuna rəğmən, alınan pullar "cəbhəçilər"in həmin müşküllərinin çözülməsinə yönəlməyib.
Hər halda partiyanın sıravi üzvlərindən tutmuş, rayon təşkilatlarının rəhbərlərinədək olan tabanlarda yeni qrantın taleyi barədə məlumatlı şəxs yoxdur.
Maraqlıdır ki, bütün bunlarla yanaşı, AXCP-nin qərargahla bağlı problemlərini sıravi partiya üzvlərinin 10 manatdan yığdığı məbləğ ilə həll etmək istəyirlər.
Bundan başqa, xatırladaq ki, ilk dəfə deyil ki, KİV-də Ə.Kərimlinin hansısa fonddan aldığı, amma özünə xərclədiyi pul haqda bu cür xəbərlər yayılır.
Və ən əsası - təşkilatın məqsədləri demokratiya və azadlığın, insan haqlarının, qanunun aliliyinin, təhlükəsizlik, stabillik və sülhün dəstəklənməsindən ibarətdir. Sadaladığımız məqamlarda, hansısa bir müxalifətçinin dəstəklənməsindən, onun həyatının yaxşılaşdırması üçün puldan söhbət gedirmi?.. /milli.az/