Modern.az

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

Aktual

10 Dekabr 2024, 13:57

İşğaldan azad edilmiş rayonların ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir.

Modern.az xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, işğaldan azad edilmiş Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92656,2 ha olan yeni milli parkın yaradılması nəzərdən keçirilir:

"Bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb. Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza